
ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün keçirdiyi hərbi əməliyyat nəticəsində təxminən 75 nəfər həlak olub.
Missiya.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məsələ ilə tanış olan rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, bu rəqəmə Venesuela və Kuba təhlükəsizlik qüvvələrinin üzvləri, eləcə də döyüşlərin ortasında, xüsusən də Maduronun Karakasdakı iqamətgahında baş verən şiddətli atışma zamanı qalan mülki şəxslər daxildir.
Məlumata görə, basqın zamanı təxminən altı Amerika əsgəri yaralanıb. Onlardan bəziləri Maduronun iqamətgahı uğrunda gedən döyüşlər zamanı güllə yarası alıb.
Daşqın HəsənovMissiya.Az