AZ

Razi Nurullayevin qardaşını vəhşicəsinə döyənlər kim olub? TƏFƏRRÜAT (FOTOLAR)

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Bu günlərdə Dubayda oğluna etdiyi dəbdəbəli toy mərasimi ilə gündəmə gələn iş adamı, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayevlə bağlı ilginc faktlar açıqlanıb.Demokrat.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşım edib.Onun paylaşımınıtəqdim edirik:"2010-cu ildə Sankt-Peterburqdakı “Usadba” restoranının parkinqində Rusiya vətəndaşı olan bir nəfər azərbaycanlı digər 3 nəfər tərəfindən beysbol dəyənəkləri ilə vəhşicəsinə döyülür.Təsadüf nəticəsində orada olan milis əməkdaşları onu ölümdən xilas edir. Həmin şəxs deputat Razi Nurullayevin qardaşı, bu günlərdə Dubayda oğluna dəbdəbəli toy edən Hasil Nurullayev idi. İstintaqın versiyasına görə Hasil Nurullayevin onun qətlini sifariş edən İlham Əliyevə böyük məbləğdə borcu olub.

Seçilən
112
demokrat.az

1Mənbələr