AZ

Tramp Madurodan sonra onu da hədəf aldı

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Tramp administrasiyası daha bir siyasətçini Venesuela Prezidenti Nikolas Maduronun aqibəti ilə hədələyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb.

Bildirilib ki, bu, Venesuela daxili işlər naziri Diosdado Kabellodur:

“İddialara görə, Maduronun tərəfdarı olan Kabello Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodrigezin ABŞ tələblərini yerinə yetirməsinə mane ola bilər”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuelanın Rusiya ilə bütün əlaqələrini kəsməsini tələb etmişdi.

“Birincisi, ölkə Çini, Rusiyanı, İranı və Kubanı ölkədən çıxarmalı və iqtisadi əlaqələrini kəsməlidir. İkincisi, Venesuela neft hasilatında yalnız ABŞ-la əməkdaşlıq etməyə razı olmalıdır”, – deyə Ağ Ev rəhbəri bildirmişdi.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
globalinfo.az

1Mənbələr