Reyting.az saytına istinadən ain.az xəbər verir.
Çəkisi 1 ton, uzunluğu 7 metrə çatan Qrenlandiya köpəkbalığı ən azı 272 il, bəzi fərdləri isə təxminən 400 il yaşaya bilir.
Reyting.az xatırladır ki, hələ 2016-cı ildə Kopenhagen Universitetinin tədqiqatçıları bu növə aid köpəkbalıqların göz büllurunda aparılan radiokarbon kimya analizi vasitəsilə ilk dəfə həmin canlıların yaşını dəqiq müəyyənləşdirə bilmişdilər. Bu tədqiqatdan sonra məlum olub ki, Qrenlandiya köpəkbalıqları əslində, qəribə orqanizmə malikdirlər, onlar çox yavaş böyüyür və 150 yaşında cinsi yetkinliyə çatırlar.
2025-ci il ərzində aparılmış yeni tədqiqatlar göstərir ki, nadir növ olan Qrenlandiya yırtıcıları yüzilliklərlə suyun altında qalsalar da, onların gözləri qətiyyən zəifləmir və görmə qabiliyyətini itirmirlər. Ən dərinlikdə belə, DNT bərpası mexanizmləri torlu qişanı qoruyur, görmə zəif işıq şəraitində də funksional qalır və köpəkbalıqları işıqlı gözlərin hesabına ovlarını davam etdirirlər.
Alimlərin fikrincə, bu tapıntılar yaşa görə görmə itkisinin qarşısının alınması ilə bağlı yeni tibbi araşdırmalara yol aça bilər.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.