AZ

Tarixi məqam: Ukrayna, Fransa və Böyük Britaniya bəyannamə imzalayıblar Kamran Cəfərov

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünən Ukrayna, Fransa, Böyük Britaniya atəşkəsdən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə bəyannamə imzalayıblar. 

İmzalanan bəyannamə dünya mediasında anşlaqla qarşılanıb. 

Bəs bu bəyənnamənin mahiyyəti nədən ibarətdir?

Bu barədə politoloq Kamran Cəfərov Gununsesi.info-ya yazıb.

Sözügedən yazını təqdim edirik:

Tarixi məqam: dünən Ukrayna, Fransa və Böyük Britaniya atəşkəsdən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə bəyannamə imzalayıblar.Bir neçə gün öncə “Qərb mətbuatı bu barədə susur, amma Floridada Tramp və Zelenski arasında Ukraynada xarici hərbi kontinqentin yerləşdirilməsi razılaşdırılıb” başlıqlı yazı yazmışdım.

Florida görüşündən dərhal sonra Kreml “Putinə qarşı sui-qəsd cəhdi olub” adlı sirk təşkil etmişdi və bu sirk, məhz Tramp və Zelenski arasında əldə olunan razılaşmaya reaksiya idi, bunu da bir neçə gün öncə qeyd etmişdik.

Məsələ artıq rəsmiləşib və söhbət atəşkəsdən sonra Ukrayna ərazisində NATO ölkələrinin (ABŞ daxil) bilavasitə iştirakı ilə hərbi bazaların və hərbi kontingentin yerləşdirilməsindən gedir. Tarixi qərar və tarixi məqamdır. Rusiyanın niyə görə müharibəni başlatdığını və müharibənin bitməsində əsas şərt kimi “müharibənin ilkin səbəblərinin aradan qaldırılması” şərtini qoyduğunu xatırlayaq: Ukraynanı öz təsir dairəsinə qaytarmaq. Nəticə etibarı ilə Rusiya həmişəlik Ukraynanı itirib.Dünən bir simvolik hadisə də baş vermişdi. Uitkoff İLK dəfə avropalı müttəfiqlərlə birgə mətbuat konfransda iştirak edib, bu günə qədər Uitkoff avropalılarla toplantılarda iştirak edirdisə, mətbuat konfranslara qatılmırdı, bu, bir növ Ağ Evin “sizdən ayrıyıq” siqnalı kimi qarşılanırdı.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
86
2
icma.az

3Mənbələr