İsveç Ukrayna və Avropanın təhlükəsizliyini təmin etmək üçün Kiyevə "Gripen" çoxməqsədli qırıcı təyyarələri verməyə hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson deyib.
"Əlbəttə ki, zəruri şərt sülh sazişinin əldə edilməsi, çoxmillətli qüvvələrin döyüş qaydalarının dəqiq müəyyən edilməsi və parlament tərəfindən rəsmi təsdiqdir", - deyə o qeyd edib.
İsveç hökumətinin başçısı "X" sosial media səhifəsindəki paylaşımında sülhün qorunması üçün mümkün dəstək tədbirlərini də sadalayıb: Ukrayna üzərində havadan müşahidə və Ukrayna hərbi qulluqçularının təlimi.
Kristersson vurğulayıb ki, o, bu təklifləri Parisdə könüllülər koalisiyası ölkələrinin görüşündə səsləndirib.