AZ

Ölkəmizin bu günkü reallıqları və gələcəyə baxışını aydın şəkildə əksi






Qeyd etmək istərdim ki, ölkə başçımız müsahibə zamanı dövlətimizin keçdiyi inkişaf yolu, mövcud reallıqlar və gələcək hədəflər barədə ətraflı fikirlər səsləndirmişdir. Dövlət başçısı çıxışında Azərbaycanın tarixən üzləşdiyi çətin və mürəkkəb dövrlərə toxunaraq, bu sınaqlardan uğurla çıxmağın əsas səbəblərini vurğulamış, müstəqil və qətiyyətli siyasətin nəticəsində əldə olunan mühüm nailiyyətləri xüsusi qeyd etmişdir. Prezident Partiyamızın Sədri Cənab İlham Əliyev bildirmişdir ki, bu gün Azərbaycan regionda və beynəlxalq müstəvidə güclü mövqeyə malik, söz sahibi olan bir dövlətdir.
Müsahibə zamanı jurnalistlərin ünvanladığı sualları tam açıqlıq və şəffaflıq prinsipləri əsasında cavablandıran ölkə başçısı Azərbaycanın xarici siyasət kursuna da geniş şəkildə toxunmuşdur. O, hazırkı mərhələdə ölkəmizin bir çox dövlətlərlə qarşılıqlı hörmət və maraqlara əsaslanan münasibətlər qurduğunu, beynəlxalq əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulamışdır. Prezident qeyd etmişdir ki, yürüdülən balanslı və praqmatik xarici siyasət Azərbaycanın milli maraqlarının qorunmasına və regional sabitliyin möhkəmləndirilməsinə xidmət edir.
Eyni zamanda, cənab İlham Əliyev Zəngəzur dəhlizi məsələsinə də xüsusi diqqət ayırmışdır. Dövlət başçısı sülh sazişinin imzalanmasının və Zəngəzur dəhlizinin açılmasının region üçün strateji əhəmiyyət daşıdığını, bu layihənin nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə, iqtisadi əməkdaşlığın güclənməsinə və uzunmüddətli sülhün təmin olunmasına mühüm töhfə verəcəyini qeyd etmişdir. Prezidentin fikrincə, bu təşəbbüslər yalnız Azərbaycanın deyil, bütövlükdə region ölkələrinin maraqlarına xidmət edən mühüm addımlardır.
Sonda vurğulamaq istərdim ki, Prezident cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi bu müsahibə ölkəmizin bu günkü reallıqlarını və gələcəyə baxışını aydın şəkildə əks etdirdi. Səsləndirilən fikirlər Azərbaycanın güclü dövlət kimi formalaşmasının məntiqi nəticəsi olduğunu bir daha göstərdi.

Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Seçilən
60
1
newscenter.az

2Mənbələr