AZ

Alonso Ardanın üstündən xətt çəkdi

"Real Madrid"in futbolçu Arda Güler barədə yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, məşhur ispan jurnalist, "Maldini" ləqəbli Julio Maldonado məşqçi Xabi Alonsonun əvvəlki kimi Ardaya etibar etmədiyini iddia edib. Onun iddiasına görə, Alonso əsas heyəti müəyyən edib. Jurnalist, Ardanın Alonsonun əsas heyətində yer almadığını irəli sürüb. Onun iddiasına görə, məşqçinin Ardaya inamı azalıb və vacib oyunlarda futbolçunu ehtiyatda saxlayır.

Qeyd edək ki, Arda Güler əvvələr əsas heyətdə yer alsa da, Cude Bellinqhem heyətə qayıdandan sonra türk futbolçu ehtiyatda qalmağa başlayıb.

Seçilən
46
metbuat.az

1Mənbələr