Fransa Prezidenti Emmanuel Makron Ukraynaya sülhün təmin edilməsi məqsədilə bir neçə min fransız hərbçisinin göndərilə biləcəyini istisna etməyib.
Redaktor.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti Fransa liderinin açıqlamasına istinadən məlumat yayıb.
Makron bildirib ki, atəşkəs əldə olunduqdan sonra Ukraynaya minlərlə fransız əsgəri sülhməramlı missiya çərçivəsində göndərilə bilər. Onun sözlərinə görə, söhbət döyüş əməliyyatlarında iştirak edəcək qüvvələrdən getmir.
“Bu, hərbi əməliyyatlara cəlb olunacaq qüvvələr deyil. Söhbət sülh sazişi imzalandıqdan sonra təhlükəsizliyin təmin olunmasına xidmət edəcək qüvvələrdən gedir”, - deyə Fransa Prezidenti vurğulayıb.
Aytəkin TOFİQQIZI