AZ

“Qarabağ” pakistanlı futbolçu ilə danışıq aparır – Onu istəyən çoxdu 

“Qarabağ” İsveçin “Myallbü” klubunun mərkəz müdafiəçisi Abdullah İqbalın transferində maraqlıdır.

İdmanxeber.az “fotbooldirekt.se” saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 23 yaşlı futbolçu üçün danışıqları davam etdirir. Ancaq İqballa maraqlanan daha bir neçə klub var. 

Belçikanın “Gent” və Macarıstanın “Ferensvaroş” klubları da futbolçunu heyətini qatmaq istəyir.

Pakistan mətbuatı milli komandanın aparıcı oyunçusunun “Qarabağ”a bir addım yaxın olduğunu yazıb. “Köhlən atlar”ın UEFA Çempionlar Liqasında iştirak etməsi bunda mühüm rol oynayır.

Abdullah İqbal ötən mövsüm “Myallbü”nün heyətində 20 oyun keçirib və 2 qol vurub. Onun transfer dəyəri 2 milyon avroya bərabər göstərilir.

Müdafiəçinin “Myallbü” ilə müqavilə müddəti 2028-ci ilin sonuna qədərdir.

Seçilən
6
idmanxeber.az

1Mənbələr