AZ

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənə zərbələr endirib

Bakı. Trend:

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənincənub-şərqində yerləşən Əd-Dali əyalətində Cənub Keçid Şurasının(CKŞ) qüvvələrinə zərbələr endirib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Koalisiya düşərgələri tərk edən qüvvələri izləyib və onlarıƏd-Dali əyalətində Əl-Zənd düşərgəsinin yaxınlığında yerləşən birbinada aşkar edərək məhdud, qabaqlayıcı zərbələr endirib”, – deyəkoalisiya qüvvələrinin general-mayoru Türki əl-Maliki bildirib.

Onun sözlərinə görə, zərbələrin məqsədi separatçı qüvvələrisarsıtmaq və CKŞ sədri Aidarus əz-Zubeydinin münaqişəni daha dagərginləşdirmək cəhdinin qarşısını almaq olub.

Daha əvvəl mətbuatda yayılan məlumata görə, əz-Zubeydi Yəmənincənubunda münaqişənin nizamlanmasının müzakirə ediləcəyi forumdaiştirak etmək üçün onu Ər-Riyada aparmalı olan hava reysinəgəlməyib. Separatçı hərəkatın liderinin harada olduğu məlumdeyil.

Məqalədə:
Seçilən
16
1
az.trend.az

2Mənbələr