AZ

ABŞ Maduro ssenarisini İranda təkrarlayacaq? - “Delta” xüsusi təyinatlı qüvvələri İraq sərhədlərinə yerləşdirilib

ABŞ-nin “Delta” xüsusi təyinatlı qüvvələri İraq sərhədlərinə yerləşdirilib və tezliklə böyük transformasiya baş verə bilər.

Missiya.Az xəbər verir ki, “Kürdistan 24” telekanalı siyasi və hərbi analitikə istinadən məlumat yayıb.

Bildirilib ki, bu xüsusi təyinatlı qüvvələr Venesuela Prezidenti Nikolas Maduronun həbs edilməsi əməliyyatını həyata keçirib. Bu hadisələr ABŞ Prezidenti Donald Trampın son günlər İslam Respublikasına nüvə və raket fəaliyyətinin bərpası, həmçinin etirazçıların öldürülməsi və əzilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etməsindən sonra baş verib.

Qeyd edək ki, bəzi media qurumları həm də ABŞ-nin İrana mümkün hücum üçün qoşunlarını və döyüş təyyarələrini Avropaya köçürdüyü barədə məlumat yayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
65
missiya.az

1Mənbələr