AZ

ŞOK: “Kiçik Venesuela” dan jurnalisti qaçırdılar

Suriyanın Süveyda şəhərində jurnalist Murhaf əl-Şair qaçırılıb.

KONKRET.az xəbər verir ki, Süveyda Media İdarəsinin Media Əlaqələri Bölməsindən Quteybə Azzam SANA agentliyinə verdiyi açıqlamada bildirib ki, onlar bu pozuntunu Süveyda xalqının hüquqlarına qarşı açıq hücum kimi qınayırlar. O deyib ki, jurnalist əl-Şairin taleyinə görə Milli Qvardiya silahlı dəstələri tam məsuliyyət daşıyır. Jurnalistin dərhal azad edilməsi tələb edilib.

Qeyd edək ki, Süveyda (Əs-Süveyda), Suriyanın cənub-qərbində, İordaniya sərhədinə yaxın yerləşən, əsasən Druzların yaşadığı bir şəhər və eyniadlı vilayətin paytaxtıdır; Suriyanın “Kiçik Venesuela”sı kimi də tanınır. Əsrlər boyu Roma və Bizans mədəniyyətlərinin izlərini daşıyan bu şəhər hazırda Druzların mərkəzi olaraq bilinir.

Ağagül Mürsəlov,
KONKRET.az

Seçilən
68
1
konkret.az

2Mənbələr