Bakı. Trend:
Türkiyənin 63 vilayətində narkotik maddələrin qanunsuzdövriyyəsinə qarşı son iki həftə ərzində keçirilən əməliyyatlarnəticəsində 424 şübhəli şəxs saxlanılıb.
Trend xəbər verirki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz “X”hesabında məlumat paylaşıb.
Əli Yerlikaya bildirib ki, 63 vilayət üzrə narkotik maddəsatıcılarına qarşı son iki həftə ərzində keçirilən əməliyyatlarzamanı 1 ton 343 kiloqram narkotik vasitə və 178 min 615 ədədnarkotik tərkibli həb müsadirə olunub.
Nazirin sözlərinə görə, 424 şübhəli saxlanılıb, onlardan 162-sibarəsində həbs qətimkan tədbiri seçilib, 70 nəfər barəsində ölkənitərk etməməklə bağlı iltizamnamə alınıb, digərləri ilə bağlı isəistintaq tədbirləri davam etdirilir.
“Vətəndaşlarımız bilməlidirlər ki, zəhər tacirləri iləmübarizəmiz qətiyyətlə davam edir və bundan sonra da davamedəcək”,- deyə Yerlikaya bildirib.