Bakı.Trend:
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkəərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, ocümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonuistiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkiledəcəyi proqnozlaşdırılır.
Trend xəbərverir ki, bu barədə FHN-in dumanlı hava ilə əlaqədar kiçikhəcmligəmi istifadəçilərinə müraciətində deyilir.
Bildirilir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə HallarNazirliyi kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərəktəhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitindəkiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır.