Nepal hakimiyyəti dağın təmizlənməsi ilə bağlı uğursuz proqramı dayandırıb.
KONKRET.az xəbər verir ki, hökumət elə bir layihə həyata keçirməyə çalışırdı ki, hər bir alpinist 4 000 dollar məbləğində depozit ödəsin. Şərtə görə, dağdan ən azı 8 kq tullantı endirildiyi halda bu məbləğ geri qaytarılmalı idi. Lakin sistem özünü doğrultmadı. Rəsmilərin sözlərinə görə, bu mexanizm “inzibati yükə” çevrilib.
Alpinistlər üzərində nəzarət demək olar ki, yox idi. Dırmaşanların əksəriyyəti pullarını geri alsa da, şərti yalnız aşağı düşərgələrdən zibil endirməklə yerinə yetirirdi. Halbuki ən çox təmizliyə ehtiyac olan çətin keçilən yuxarı zonalar toxunulmaz qalırdı.
İndi isə Nepal eyni məbləğdə 4 000 dollar geri qaytarılmayan rüsum tətbiq etməyi planlaşdırır. Bu vəsait yüksək dağ düşərgələrinə girişə nəzarət, reyncerlərin işə götürülməsi və tullantıların emalı müəssisələrinin tikintisi üçün yaradılacaq fonda yönəldiləcək.

Ağagül Mürsəlov,
KONKRET.az