AZ

Sağ zolaqdan qəfil sola dönən sürücü qəza şəraiti yaratdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda manevr qaydasını pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 15-də, paytaxtın 20 Yanvar dairəsində qeydə alınıb. Belə ki, 77-TD-765 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü düzünə hərəkət nəzərdə tutulmuş zolaqdan qəfil sola dönüb. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq ona təhlükə yaradıb.

"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, sağa və ya sola dönən sürücü öncədən kənar zolaqda yerləşməli və həmin zolaqdan manevrə başlamalıdır.

Sözügedən videonu təqdim edirik.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
avtosfer.az

1Mənbələr