Olaylar.az xəbər verir ki, bu barədə məlumatı vəkil Ara Zoqrabyan verib.
Vəkilin sözlərinə görə, hazırda iddia sənədləri hazırlanır və müraciətin fevralın 4-5-nə qədər təqdim edilməsi planlaşdırılır. Zoqrabyan qeyd edib ki, müstəqil Ermənistan tarixində din xadimi ilə bağlı AİHM-ə müraciət edilməsi halı ilk dəfədir baş verir. O, mövcud vəziyyəti ötən əsrin 20-30-cu illərindəki kilsə təqibləri ilə müqayisə edib.
Qeyd edək ki, Acapahyan hakimiyyəti qəsb etmə və konstitusiya quruluşunu zorla dəyişdirməyə açıq çağırışlarda ittiham olunur.
Keçən ilin 3 oktyabr tarixində məhkəmə onu 2 il müddətinə azadlıqdan məhrum edib.
Vəkillər noyabrın 13-də bəraət tələbi ilə apellyasiya şikayəti veriblər. Növbəti məhkəmə iclası 13 yanvar 2026-cı il tarixinə təyin edilib.
Bundan əlavə, vəkillər hakimiyyətin kilsə işlərinə müdaxiləsi ilə bağlı prokurorluğa 5 şikayət təqdim etsələr də, onların hamısı rədd edilib. İndi müdafiə tərəfi yerli məhkəmələr vasitəsilə cinayət işlərinin açılmasına nail olmağa çalışır.