Maduro və xanımı saxlanılarkən xəsarət alıblar.
İnterpress.az xəbər verir ki, ABŞ hərbçiləri kompleksin ərazisinə daxil olarkən Maduro yaralanıb.
Məlumata görə, Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Karakasda Maduronun ələ keçirilməsi üzrə keçirilən hərbi əməliyyat zamanı gizləndikləri otağa ABŞ xüsusi təyinatlıları girərkən xəsarət alıblar.
Mənbələr bildirir ki, xəsarətlər ABŞ-nin “Delta” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri onlarla təmasa girməzdən əvvəl alınıb.
Söhbət qapıya və ya divara dəymə nəticəsində yaranan göyərmə və qançırlardan gedir.
Bildirilir ki, qorxu və təlaş içində olan cütlük başlarını qapıya vurub. Daha sonra onlar təyyarə göyərtəsində tibbi müayinədən keçiblər.
Xuraman Etibarlı
İnterpress.az