Gəncə şəhərində 23 yaşlı gənc bıçaqlanaraq öldürülüb. 1news.az "Report"a istinadən məlumatına görə, Gəncə şəhər ərazisində mübahisə zəminində 2003-cü il təvəllüdlü Zamir Rzayev bıçaq zərbəsi ilə qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.