AZ

Qarabağda 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb

Qarabağda ümumilikdə 7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Bunu Anews.az -ın sorğusuna cavab olaraq olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən bildirilib

Məlumata görə, həmin qurğuların  40 faizi, yəni 3 000 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir.

Beynəlxalq təcrübədə kənd yaşayış məntəqələrində küçə işıqlandırması ümumi elektrik enerjisi istehlakının təxminən 2–5 faizini təşkil edir. Son illərdə bir sıra ölkələrdə LED və günəş enerjisi əsaslı işıqlandırma sistemlərinə keçid nəticəsində bu göstərici 1–2 faizə qədər azalıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər “Yaşıl Enerji Zonası” elan edillib.

2021-ci il  mayın 3-də İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Yaşıl Enerji Zonası yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb.

Aytac Zeynalova

Seçilən
16
anews.az

1Mənbələr