Əvvəlki dövrlərdə ABŞ-ın Venesueladakı hərəkətlərini dəstəkləyən Böyük Britaniya, indi isə ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarət əldə etməyə çalışmasını pisləyib.
Vətəninfo.az xəbər verir ki, Böyük Britaniya Baş naziri Keir Starmer BBC-yə verdiyi müsahibədə bildirib ki, Qrenlandiyanın gələcəyini yalnız Qrenlandiya və Danimarka Krallığı müəyyən etməlidir.
Starmerə Trampın Qrenlandiya üzərindəki iddialarına qarşı “əllərini Qrenlandiyadan çək” deməyə hazır olub-olmadığı soruşulanda, o, müsbət cavab verib.
Baş nazir bildirib ki, “Danimarka bizim Avropadakı və NATO-dakı yaxın müttəfiqimizdir. Qrenlandiyanın gələcəyi başqa heç kimə deyil, yalnız Danimarka Krallığına və Qrenlandiyaya aiddir”.