Bədənimizin lazım olan vitamin və mineralları daha yaxşı mənimsəməsi üçün bəzi qidaların bir yerdə yeyilməsi faydalıdır.
Pravda.az bəzi effektiv qida cütlüklərini təqdim edir:
Yumurta - Pomidor, kök və pendir: Yumurta sarısındakı D vitamini pendirdəki kalsiumun daha yaxşı əmilimini təmin edir. Çoxrəngli tərəvəzlərlə yumurta karotenoidlərin mənimsənməsini artırır.
Yaşıl yarpaqlar - zeytun yağı: Sağlam yağlar karotenoid və antioksidanlardan üç dəfə daha çox yararlanmağa kömək edir.
Avokado - Pomidor və kök: Avokadodakı yağlar likopen və beta-karoten kimi faydalı maddələrin udulmasını gücləndirir.
Zeytun yağı - Pomidor: Likopenin qan səviyyəsini artırır və antioksidan faydalarını yüksəldir.
Qara bibər - Sarıkök: Bibərdəki piperin, sarıkökdəki kurkumin maddəsinin əmilimini 1000-ə qədər artırır.
Yaşıl çay - Limon: C vitamini yaşıl çaydakı antioksidanların 5 dəfə daha yaxşı mənimsənməsinə kömək edir.
Yulaf - qaragilə: C vitamini yulafdakı dəmirin daha yaxşı əmilimini təmin edir.
Xatırlatma: Bu qida birləşmələri gündəlik pəhrizinizə daxil edildikdə vitamin və mineral mənimsəmə səviyyəsini yüksəldə bilər.
Əminə Bayramova