AZ

İsrail Livanda yaşayış evini bombaladı: 4 nəfər öldürülüb

Azpost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrail ordusunun Livanın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində 4 nəfər həyatını itirib. AzPost xəbər verir ki, Livan mətbuatının yaydığı məlumata görə, İsrail ordusu Livanın cənubunda yerləşən Nəbatiyə vilayətinin Bint Cubeyl rayonuna bağlı Xırbət Silm yaşayış məntəqəsində bir evi bombalayıb. Hücum nəticəsində 2 nəfər ölüb.

Bildirilib ki, İsrail hərbçiləri Bint Cubeyl rayonuna bağlı Kəfr Dunin qəsəbəsinə də hava zərbəsi endirib. Bu hücum zamanı daha 2 nəfərin həyatını itirdiyi qeyd olunur.

İsrail Ordusunun sözçüsü Aviçay Adraee sosial şəbəkə hesabında yaydığı açıqlamada Xırbət Silmdəki hücumu təsdiqləyib. O bildirib ki, İsrail ordusu həmin ərazidə “Hizbullah üzvlərini” hədəf alıb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
1
azpost.info

2Mənbələr