Fevralın 1-dən etibarən beynəlxalq sərmayədarlar bazara birbaşa çıxış əldə edəcək...
Səudiyyə Ərəbistanı 1 fevral tarixindən etibarən bütün xarici investorlar üçün maliyyə bazarlarını açmaq niyyətindədir.
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Krallığın bazar tənzimləyicisinə istinadla məlumat yayıb.
Məlumata görə, Kapital Bazarları İdarəsi tərəfindən təsdiqlənmiş dəyişikliklər “səriştəli xarici investor” anlayışını ləğv edir və əvvəllər yalnız beynəlxalq investorların Səudiyyə kapital bazarına birbaşa və daimi çıxış əldə edə bilməsi qaydasını aradan qaldırır. Bu addım dünya üzrə investorların bazara birbaşa sərmayə qoymasına imkan verəcək.
Bəyanatda qeyd olunur ki, bu tədbir sərmayə axınını artıracaq və bazarın likvidliyini yaxşılaşdıracaq. Səudiyyə Ərəbistanı iqtisadiyyatını neftdən asılılığını azaltmaq planını yarıdan çox həyata keçirdikdən sonra xarici investorları cəlb etməyə çalışır. Bu məqsədlə Yaponiya və Honkonq tərəfdaşları ilə birgə fond birjalarının yaradılması da nəzərdə tutulub.
Keçən il tənzimləyici orqanlar xarici investorların Məkkə və Mədinədə daşınmaz əmlaka sahib olan birja şirkətlərini almağa icazə verib, lakin torpaq üzərində birbaşa mülkiyyət məhdudiyyətləri dəyişməyib. Səudiyyə şirkətlərinin səhmləri sentyabrda bu xəbərdən sonra artıb, çünki tənzimləyici xarici sahibkarlığı məhdudlaşdıran qaydaların yumşaldıla biləcəyini bildirib.
Rəsmi məlumatlara görə, keçən ilin üçüncü rübünün sonunda beynəlxalq investorlar Səudiyyə kapital bazarında 590 milyard rial (təxminən 157 milyard dollar) sərmayə saxlayıb.
Poliqon.info