
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes ABŞ əməliyyatı zamanı hərbçilərin ölümü ilə əlaqədar ölkədə yeddi günlük milli matəm elan edib.
Yeniavaz.com xəbər verir ki, Rodriqes 6 yanvarda Venesuela dövlət televiziyasında çıxış edərək Venesuelanı və prezident Nikolas Maduronu müdafiə edərkən həlak olanların xatirəsinə yeddi günlük matəm elan edib.
O, Venesuelanın hücumlara və təcavüzə məruz qalan dinc bir ölkə olduğunu qeyd edib.