Bakı. Trend:
Trans-Adriatik boru kəməri (TAP) 2026-cı ilin yanvar ayındanetibarən qazın nəqli üzrə yeni saziş (Gas Transportation Agreement– GTA) çərçivəsində əlavə uzunmüddətli ötürücülük gücünü istifadəyəverir.
Bu barədə Trend-əTAP AG konsorsiumundan bildirilib.
"Avropa üçün strateji enerji infrastrukturu kimi geniş şəkildətanınan, uzunluğu 3 500 kilometr olan Cənub Qaz Dəhlizinin Avropahissəsini təşkil edən TAP 2026-cı ilin yanvarından etibarən qazınnəqli üzrə yeni saziş çərçivəsində əlavə uzunmüddətli güc təqdimedir. Bu həcm 2021-ci ildə keçirilmiş bazar sınağının nəticələrinəəsasən bron edilib",- deyə məlumatda qeyd olunur.
TAP AG-dən vurğulanıb ki, əlavə gücün istismara verilməsi Xəzərqazının Avropaya tədarükünə başlanmasından beş il sonra həyatakeçirilir ki, bu da boru kəmərinin yüksək etibarlılığını vəAvropanın enerji təchizatı mənbələrinin şaxələndirilməsinə verdiyiəhəmiyyətli töhfəni təsdiqləyir.
Qeyd edək ki, Azərbaycan qazının TAP marşrutu üzrə Avropayaixracına başlanmasından ötən beş il ərzində 54 milyard kubmetrdənartıq qaz tədarük olunub.
TAP Xəzər dənizində yerləşən “Şahdəniz” yatağından hasil olunantəbii qazın birbaşa Avropa bazarlarına nəqlini təmin edir.