Yazını böyüt
Yazını kiçilt
Aktrisa Kristen Stüart "Ala-toranlıq" silsiləsindən olan yeni film çəkməyə hazır olduğunu bildirib.
Hafta.azxəbər verir ki, bu barədə "DailyAfisha" yazır. "Çox istərdim. Yeni adaptasiyanı çəkməyə məmnun olardım. Əlbəttə ki, remeyk çəkəcəyəm. Buna hazıram!" - deyə kino ulduzu bildirib.
Xatırladaq ki, Stüart filmdə "Bella" obrazını canlandırıb və məhz bu rolu ilə geniş şöhrət qazanıb.
Qeyd edək ki, Kristen Stüart rejissorluq debütünə 2025-ci ilin may ayında Kann Film Festivalında başlayıb. Onun "Suyun xronologiyası" filmi məhz burada nümayiş etdirilib.
"Ala-toranlıq" filmlərinə gəlincə, bu silsilədən olan ilk ekran əsəri 2008-ci ildə təqdim edilib.