
Venesuelada 7 günlük matəm elan olunub.
Missiya.Az "Reuters"ə istinadən xəbər verir ki, bunu Venesuelanın vitse-prezidenti Delsi Rodriqes VTV telekanalının efirində bəyan edib.
Rodriqes bildirib ki, prezident Nikolas Maduronu müdafiə edərək həyatını qurban verən qadın və kişilərin şərəfinə, onların qəhrəmanlığı və fədakarlığına minnətdarlıq olaraq yeddi günlük matəm elan etməyə qərar verdim.
Qeyd edək, Kuba hökuməti də bazar günü Venesuelada işləyən 32 hərbçi və polis zabitinin öldürüldüyünü bildirib və iki günlük matəm elan edib.
İlahə Qənbərli Missiya.Az