AZ

Bağır Süleymanov vəfat etdi - FOTO

Azərbaycanda professor vəfat edib.

Ölkə.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komisiyyasının Rəyasət Heyətinin üzvü, texnika elmləri doktoru, professor Bağır Süleymanov dünyasını dəyişib. 

67 yaşlı B.Süleymanovun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, B.Ə. Süleymanov 22 iyun 1959-cu ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qazneftmədən fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə neft və qaz hasilatı sahəsində operator və mühəndis kimi başlayan Bağır

Süleymanov sonradan AMEA-da və ali təhsil müəssisələrində neft-qaz mexanikası üzrə aparıcı alimlərdən biri kimi fəaliyyət göstərib. 2000-ci ildən etibarən NQETLİ-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Allah rəhmət eləsin!

Billurə

Seçilən
93
olke.az

1Mənbələr