AZ

Primoryedə TƏHLÜKƏLİ ANLAR: Buz qırıldı, 3 maşın suda BATDI – VİDEO

Primoryedə balıqçıların üç avtomobili buzun altına düşərək batıb.

İnterpress.az xəbər verir ki, hadisə Tavriçanka qəsəbəsində baş verib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, insident zamanı xəsarət alan olmayıb.

İnsanlar avtomobillər suya qərq olmamışdan əvvəl vaxtında maşınları tərk etməyi bacarıblar.

Bundan əlavə, bildirilir ki, bu gün həmin ərazidə daha bir hadisə yaşanıb. Belə ki, buz üzərində daha üç avtomobil toqquşub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr