Bakı. Trend:
Hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidəolunur.
Trend xəbərverir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoruGülşad Məmmədova bildirib.
Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli,Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astaradagörünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.
O qeyd edib ki, dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarındatemperaturun yüksək olması, gecə saatlarında isə yer səthininsoyuması və havanın temperaturunun aşağı düşməsidir.
Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davamedəcəyi gözlənilir.