AZ

Afrika Millətlər Kuboku: 1/4 finalçılar bəlli oldu

Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları başa çatıb. 

Fanat.Az xəbər verir ki, turnirdə mübarizəni davam etdirəcək səkkiz komanda müəyyənləşib.

Beləliklə, 1/4 finalın bütün cütləri müəyyənləşib:

Mali - Seneqal;
Kamerun - Mərakeş
Əlcəzair - Nigeriya
Misir - Fil Dişi Sahili.

Dörddəbir finalın oyunları 9 və 10 yanvarda keçiriləcək. Yarımfinal isə 14 yanvarda baş tutacaq. Turnirin qalibi 18 yanvarda, bazar günü keçiriləcək final oyununda müəyyənləşəcək.

2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. 

Hazırkı çempion Fil Dişi Sahili 2023-cü il finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub edib.

Seçilən
25
fanat.az

1Mənbələr