AZ

“Yer üzündə cəhənnəm”in YENİ ULDUZU

Məşhur amerikalı reper, "Tekashi 6ix9ine" təxəllüsü ilə tanınan Daniel Ernandes Nyu-Yorkun Bruklin şəhərində yerləşən və məşhur şəxslərin saxlanıldığı istintaq təcridxanasına düşən növbəti “ulduz” məhbus olub.

Publika.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Bildirlib ki, sənətçi yaxın üç ay ərzində həmin təcridxanada saxlanılan Venesuela Prezidenti Nikolas Maduro ilə eyni müəssisədə qalacaq.

Məlumata əsasən, musiqiçi əvvəlcədən razılaşdırılmış vaxtda istintaq təcridxanasına könüllü şəkildə gəlib. "Tekashi 6ix9ine" 90 gün müddətinə azadlıqdan məhrum ediləcək. Onun həbsinə şərti azadlıq qaydalarını pozması səbəb olub.

Reper daha əvvəl Venesuela lideri ilə birlikdə rəqs etmək istədiyini açıqlamışdı.

Seçilən
25
publika.az

1Mənbələr