Bakı. Trend:
Pentaqon “Lockheed Martin” şirkəti ilə çərçivə sazişininimzalandığını açıqlayıb.
Trend xəbər verirki, ABŞ Müdafiə Nazirliyi sənədi tarixi razılaşma kimidəyərləndirib.
Bildirilib ki, razılaşma sursat istehsalının və tədarükününəhəmiyyətli dərəcədə artırılmasına yönəlmiş yeni müdafiə satınalmamodelinin əsasını qoyur. Yeni model uzunmüddətli vəproqnozlaşdırıla bilən tələbatın formalaşdırılmasını nəzərdə tuturki, bu da müdafiə sənayesini istehsal gücləriningenişləndirilməsinə böyük həcmli investisiyalar yatırmağa təşviqetməlidir.
Pentaqonun məlumatına görə, bu yanaşma müqavilələrin icramüddətlərinin qısaldılmasına, tədarük zəncirlərinin idarəolunmasının səmərəliliyinin artırılmasına və dövlətin infrastrukturüzrə ilkin xərclərinin azaldılmasına imkan verəcək.
Razılaşmaya əsasən, “Lockheed Martin” “Patriot” hava hücumundanmüdafiə sistemləri üçün “PAC-3 Missile Segment Enhancement” tipliraketlərin illik istehsal həcmini təxminən 600 ədəddən 2000 ədədəqədər artırmağı planlaşdırır.