AZ

Nikolas Maduro qaçarkən xəsarət alıb

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Venesuela prezidenti gizlənməyə çalışarkən başından xəsarət alıb.

Reyting.az xəbər verir ki, bu barədə CNN özəl mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Venesuela prezidenti Nikolas Maduro həyat yoldaşı Cilia Flores ilə birlikdə ABŞ xüsusi təyinatlılarından qaçarkən yaralanıb.

Telekanalın mənbəyinin sözlərinə görə, Bolivar Respublikasının lideri həyat yoldaşı ilə birlikdə yaşadıqları kompleksin içərisində ağır dəmir qapının arxasına sığınmağa cəhd edib. Amma bu zaman onlar qapının hündürlüyünü nəzərə almayıblar və Maduronun başı qapı çatına dəyib.

V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
reyting.az

1Mənbələr