AZ

İsrail Qəzzada 71 min 391 can alıb

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son bir sutka ərzində İsrailin Qəzzaya hücumu nəticəsində daha 2 fələstinli ölüb, 10 nəfər yaralanıb.

Reyting.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı nazirliyin ətraflı məlumatında qeyd olunur ki, İsrailin 2 il 3 ay ərzində Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 71 min 391 nəfərə çatıb.

Son bir sutkada İsrailin ordusunun hücumları nəticəsində həlak olan 2 nəfərin cəsədi, həmçinin 10 yaralı bölgədəki xəstəxanalara çatdırılıb.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
reyting.az

1Mənbələr