AZ

Milliarder, Yer kürəsinin düz olduğunu sübut edənə mükafat vəd edib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

"Columbia Sportswear" şirkətinin baş direktoru və milyarder Tim Boyl, Düz Yer nəzəriyyəsini müdafiə edənlərə qeyri-adi bir müsabiqə elan edib. "İmpossible Expedition" adlanan yeni marketinq kampaniyasının çərçivəsində 76 yaşlı işadamı, Yer kürəsinin real fiziki kənarını və onun arxasındakı uçurumu fotoşəkil şəklində təqdim edə bilən şəxsə "şirkətə nəzarəti" təhvil vermək vədini verib.

Bizimyol.info xəbər verir ki, Boylun sözlərinə görə, qalib "hər şeyi - kağız işləri və vəkillər olmadan" alacaq. Lakin sonra məlum olub ki, burada söhbət 3 milyard dollar dəyərindəki "Columbia Sportswear" şirkətindən yox, aktivləri təxminən 100 min dollar dəyərində olan ayrı bir struktur - "The Company" LLC-dən gedir. Buna baxmayaraq, müsabiqə iştirakçılarına böyük pul mükafatı vəd edilib.

Şirkət şərtləri aydınlaşdıraraq manipulyasiyaların qarşısını almağa çalışıb. Dəlil kimi yalnız "planetanın görünən fiziki sonu" - dik uçurum, uçurum və ya sonsuzluğa doğru gedən buludlar qəbul edilir. Adi çıxılmaz nöqtələr və məhdud landşaftlar nəzərə alınmayacaq.

Ekspertlər xatırladır ki, Yer səthindən üfüqün nəzərə çarpan əyriliyi fizika qanunları və planetin ölçüləri ilə izah olunur. Nottingham Trent Universitetindən Dr. İan Vittekərin dediyinə görə, Yerin səthindəki müşahidəçi, bir basketbol topunun üzərindəki mikrob kimidir və ətrafındakı yalnız görünən düz səthi görə bilir.

Yer kürəsinin sferik formasını təsdiqləyən çoxsaylı elmi sübutlara, peyk şəkilləri və kosmik missiyaların məlumatlarına baxmayaraq, düz yer tərəfdarlarının hərəkatı davam edir, həmçinin vizual və texnoloji sübutlar dövründə belə nəzəriyyələrin davamlı olduğu görsənir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
icma.az

1Mənbələr