AZ

Mançester Siti Antuan Semenyonun transferini yekunlaşdırdı

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Bornmut"un vingeri Antuan Semenyo "Mançester Siti"yə keçib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, "şəhərlilər" yeni transfer üçün qarşı tərəfə 75 milyon avro ödəyəcək. Semenyo yanvarın 8-də tibbi müayinədən sonra yeni klubu ilə uzunmüddətli müqavilə imzalayacaq.

Yarımmüdafiəçi Premyer Liqanın 4 klubundan aldığı təklifi rədd edərək "Mançester Siti"yə müsbət cavab verib. Transferdə əsas rol futbolçunun Xosep Qvardiolanın rəhbərliyi altında oynamaq istəyi olub.

Qeyd edək ki, 25 yaşlı vinger cari mövsümdə İngiltərə Premyer Liqasında 19 oyunda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
sport24.az

1Mənbələr