Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Səudiyyə Ərəbistanı rəhbərlik etdiyi koalisiya bildirib ki, Yəməndəki Cənubi Keçid Şurasının (CKŞ) sədri Əydarus əz-Zübeydi naməlum istiqamətə qaçıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.
Koalisiyanın məlumatına görə, əz-Zübeydi Riyadda Yəmənin cənubunda baş verən münaqişənin nizamlanmasını müzakirə etmək üçün təşkil edilən forumda iştirak etmək məqsədilə getməli olduğu təyyarəyə getməyib. Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən separatçı hərəkatın liderinin harada olduğu məlum deyil.
Yanvarın 2-də Hadramut vilayətinin qubernatoru Salim əl-Xanbaşi separatçılara məxsus hərbi düşərgələri hökumət qüvvələrinə təhvil vermək məqsədilə əməliyyata başladığını açıqlayıb. Eyni gün CKŞ, iki illik keçid dövrünün başladığını elan edib. Keçid dövrünün sonunda Cənubi Ərəbistanın müstəqil dövlət olaraq, Ədən şəhərində paytaxt elan ediləcəyi gözlənilir.
Konstitusiyaya əsasən, bu dövlət 1967-1990 illər arasında mövcud olmuş Yəmən Xalq Demokratik Respublikasının sərhədləri daxilində yaradılacaq.
Şənbə günü əl-Əlimi, Yəmənin cənubundakı siyasi qüvvələrin ümumi konfransını təşkil edərək böhranın həlli üçün müzakirələr aparmağı təklif edib. Krallığın Xarici İşlər Nazirliyi bu təşəbbüsü alqışlayaraq, böhranın yalnız dialoq yolu ilə həll olunacağını qeyd edib. Yanvarın 3-nün axşamına qədər hökumət qüvvələri Hadramut və əl-Məhra vilayətlərində nəzarəti bərpa edərək separatçıları geri çəkib və bütün strateji obyektləri ələ keçiriblər.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.