AZ

“Mançester Siti” Antuan Semenyonun transferini rəsmiləşdirib

Bakı. Trend:

“Mançester Siti” “Bornmut” klubunun yarımmüdafiəçisi AntuanSemenyonun transferini uğurla başa çatdırıb.

Trend-inməlumatına görə, bu barədə jurnalist və insayder Fabrizio Romano“X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, transferin məbləği 75 milyon avrotəşkil edəcək. Qeyd olunur ki, Semenyo yanvarın 8-də tibbimüayinədən keçdikdən sonra “şəhərlilər”lə uzunmüddətli müqaviləimzalayacaq.

Məlumata əsasən, yarımmüdafiəçi “Mançester Siti”yə keçmək üçünİngiltərə Premyer Liqasından dörd klubun təklifini geri çevirib.Transferdə əsas amilin futbolçunun ispaniyalı mütəxəssis XosepQvardiolanın rəhbərliyi altında oynamaq istəyi olduğuvurğulanır.

Cari mövsümdə Premyer Liqada 25 yaşlı Antuan Semenyo 19 oyundameydana çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yaddaqalıb.

Seçilən
66
az.trend.az

1Mənbələr