AZ

İranda market yağmalandı, polis həlak oldu

İranın Elam vilayətində etirazçılar marketi yağmalayıb.

Publika.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, etirazçılar mağazada yerləşən məhsulları küçəyə töküblər.

Vilayətdə təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında silahlı qarşıdurma da yaşanıb. Agentliyin məlumatına görə, nəticədə baş leytenant Əhsən Ağacani aldığı güllə yarasından həlak olub, daha üç polis isə yaralanıb.

Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.

Seçilən
83
publika.az

1Mənbələr