AZ

İndoneziyada daşqınlar 14 nəfərin ölümünə səbəb olub

Reuters agentliyinin milli fəlakətlərin aradan qaldırılması agentliyinə istinadən verdiyi məlumata görə, İndoneziyanın Şimali Sulavesi adasında baş verən daşqınlarda ən azı 14 nəfər ölüb, 4 nəfər itkin düşüb.

Region qubernatoru Julius Selvanusun sözlərinə görə, bir neçə yüz ev və inzibati bina dağılıb.

Bazar ertəsi səhəri Siau adasında güclü yağışlar başlayıb və daşqına səbəb olub. Ən azı 444 nəfər yerli məktəblərə və kilsələrə təxliyə edilib. Xilasedicilər və könüllülər itkin düşənləri axtarırlar.

Yerli xilasetmə xidmətlərinin məlumatına görə, təsirlənmiş ərazilərdəki əsas yollar qayalar, dağıntılar və palçıqla bağlanıb. Hakimiyyət orqanları ağır texnika cəlb edib.

İndoneziya Meteorologiya Agentliyinin məlumatına görə, yanvar və fevral aylarında yağışlı mövsümün pik dövründə Yava, Sulavesi, Maluku və Papua adalarında daşqın riski xeyli artır. Sumatra və Borneo adalarında yağışların pik həddi ötən ilin noyabr və dekabr aylarında keçib. Noyabr ayında Sumatrada siklonun yaratdığı daşqınlar və torpaq sürüşmələri mindən çox insanın ölümünə səbəb olub, yüzlərlə insan isə itkin düşüb.

Əziz Mustafa

Seçilən
36
oxumeni.az

1Mənbələr