Bakı. Trend:
Böyük Britaniya, İrlandiya, ABŞ və Fransa Atlantik okeanındaRusiyanın “Marinera” neft tankerinin hərəkətini izləmək üçün havavasitələri cəlb edib.
Trend xəbər verirki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, son günlər ərzində İngiltərənin Safolkqraflığında yerləşən Mildenhol aviabazasından ABŞ Hərbi HavaQüvvələrinə məxsus iki “P-8” tipli kəşfiyyat təyyarəsi tankeristiqamətində uçuşlar həyata keçirib.
Eyni zamanda, Şotlandiyanın şimal-şərqində yerləşən Lossimutbazasından Böyük Britaniya Hərbi Hava Qüvvələrinin “EurofighterTyphoon” qırıcısı havaya qaldırılıb.
Bildirilir ki, əməliyyata həmçinin Fransa Hərbi DənizQüvvələrinin patrul təyyarəsi və İrlandiyanın Hava Korpusuna məxsushava vasitəsi də cəlb olunub.