Bakı. Trend:
İtaliya Ukrayna ilə bağlı Parisdə qəbul edilən bəyannamədənməmnundur.
Trend xəbər verirki, bunu Parisdə “İstəklilər koalisiyası”nın görüşündə iştirak edənİtaliyanın Baş naziri Corcia Meloni bəyan edib.
Baş nazirin açıqlamasında bildirilib ki, nəzərdə tutulantəhlükəsizlik zəmanətləri Vaşinqtonla sıx koordinasiya şəraitindəformalaşdırılacaq daha geniş razılaşmalar paketinin tərkib hissəsiolacaq.
Qeyd olunub ki, əsas məqsəd Ukraynanın suverenliyi vəmüstəqilliyinin təmin edilməsi, atəşkəs rejiminin effektiv vəhərtərəfli monitorinq mexanizminin yaradılması, eləcə də UkraynaSilahlı Qüvvələrinin gücləndirilməsidir.
Eyni zamanda Corcia Meloni bir daha vurğulayıb ki, İtaliya özhərbi kontingentini Ukrayna ərazisinə göndərmək niyyətindədeyil.