AZ

Venesuela 600 minədək “Bitcoin”dən ibarət gizli kriptovalyuta ehtiyatı toplaya bilər

Bakı. Trend:

Venesuela neft, qızıl və digər dövlət aktivlərinin satışındanəldə olunan gəlirlər hesabına 600 minədək “Bitcoin” (BTC) həcmindəgizli kriptovalyuta ehtiyatı formalaşdırmış ola bilər.

Trend xəbər verirki, bu barədə “Cryptopolitan” nəşri məlumat yayıb.

Bununla belə, nəşr yayılan məlumatların hələlik rəsmi şəkildətəsdiqlənmədiyini vurğulayır.

Məlumata görə, Venesuela hökuməti ABŞ sanksiyalarından yankeçmək məqsədilə dövlət aktivlərinin bir hissəsini kriptovalyutayaçevirmiş ola bilər. Bildirilir ki, 2018–2020-ci illər ərzində ölkətəxminən 2,7 milyard dollar dəyərində 73 ton qızıl satıb və buvəsaitin mənbələrə görə təxminən 400 min BTC-yə çevrildiyi iddiaolunur.

Ehtiyatın qalan hissəsinin isə neft gəlirləri ilə bağlı olduğuqeyd edilir. İddialara əsasən, 2025-ci ilin sonuna qədər Venesuelaneft ixracının 80 faizə qədərinin USDT stabilkoini ilə ödənildiyi,daha sonra isə mümkün hesab dondurmalarından yayınmaq üçün buvəsaitlərin “Bitcoin”ə çevrildiyi bildirilir.

Venesuelanın mümkün kriptovalyuta ehtiyatlarının ümumi həcmi iləbağlı təxminlər 600 min ilə 660 min BTC arasında dəyişir ki, bu dacari qiymətlərlə on milyardlarla dollar dəyərində qiymətləndirilir.Bu fərziyyələr həmçinin 2024-cü ildə bağlanan dövlətə məxsus“Petro” kriptovalyutasının fəaliyyəti dövründə stabilkoinlərdənistifadənin artması ilə də əlaqələndirilir.

Seçilən
43
az.trend.az

1Mənbələr