AZ

Tusk: Polşa Ukraynanın təhlükəsizlik zəmanətlərinin logistikasını öz üzərinə götürəcək

Bakı, 7 yanvar, AZƏRTAC

Polşa Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin olunması ilə bağlı logistika və təşkilati məsələləri öz üzərinə götürəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Parisdə “İstəklilər koalisiyası” liderlərinin görüşündən sonra məlumat verib.

Eyni zamanda Polşanın Baş naziri Varşavanın çoxmillətli qüvvələrin tərkibində Ukraynaya qoşun göndərməyəcəyini bir daha vurğulayıb. Onun sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirə olunan variantların heç biri Polşa qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsini nəzərdə tutmur.

Seçilən
84
1
azertag.az

2Mənbələr