ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Böyük britaniyalı aktyor Kallum Törner "Ceyms Bond" obrazının yeni ifaçısı kimi təsdiqlənib.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Məlumata görə, aktyor bu xəbəri dostları ilə bölüşüb. Həmçinin bildirilir ki, filmin saundtrekini Törnerin nişanlısı Dua Lipa ifa edə bilər.
35 yaşlı Kallum Törner daha çox "Fantastic Beasts: The Crimes of Grindelwald" və onun davamı olan "Dumbledore's Secrets" filmlərindəki Skamander rolu ilə tanınır.
Qeyd edək ki, Ceyms Bond seriyasının sonuncu, 25-ci filmi olan "No Time To Die" 2021-ci ildə ekrana çıxıb. Franşizadakı 26-cı filmin çəkilişləri bu il başlaya bilər. Onun nümayişi isə 2027-ci ilə planlaşdırılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.