AZ

Suriya və İsrail kəşfiyyat məlumatlarının mübadiləsi və diplomatik əməkdaşlıq üçün mexanizm yaradacaqlar

Bakı. Trend:

ABŞ-nin vasitəçiliyi ilə Parisdə keçirilən İsrail–Suriyadanışıqlarının yekununda tərəflər Suriya ilə İsrail arasındakəşfiyyat məlumatlarının mübadiləsi, gərginliyin azaldılması vədiplomatik əməkdaşlıq üçün mexanizm yaratmaq barədə razılığagəliblər.

Trend xəbər verirki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumatyayıb.

Bəyanatda vurğulanıb ki, tərəflər davamlı təhlükəsizlik vəsabitlik üzrə razılaşmalara sadiqliklərini təsdiqləyiblər. ABŞ-ninhimayəsi altında kəşfiyyat məlumatlarının mübadiləsi, gərginliyinazaldılması, diplomatik əlaqələr və ticarət imkanları üzrə dərhalvə fasiləsiz əməkdaşlığı təmin etmək üçün birgə koordinasiyamexanizmi yaradılıb.

Sənəddə həmçinin qeyd olunub ki, bu mexanizm istənilənmübahisələrin operativ həlli və anlaşılmazlıqların qarşısınınalınması üçün platforma rolunu oynayacaq. Vaşinqton bu müsbətaddımları alqışlayaraq, Yaxın Şərqdə davamlı sülhə nail olmaqməqsədilə razılaşmaların həyata keçirilməsini dəstəkləməyə sadiqqaldığını bəyan edib.

Seçilən
74
az.trend.az

1Mənbələr