BAKI, 7 yanvar. TELEQRAF
İsrailin Qüds şəhərində orduya çağırışa qarşı etiraz aksiyası zamanı avtobusun etirazçıların üzərinə sürülməsi nəticəsində bir nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Məlumata görə, polis avtobusun sürücüsünü saxlayıb. Yaralananlar arasında bir yeniyetmə xəstəxanaya yerləşdirilib, digər zərərçəkənlərin vəziyyəti barədə ətraflı məlumat verilməyib.
Qeyd olunur ki, yəhudilərin təşkil etdiyi etiraz aksiyaları Knessetin hərbi çağırış zamanı geniş güzəştlər nəzərdə tutan qanun layihəsini bloklaması fonunda yanvarın 6-da keçirilib. Aksiyalarda 10 mindən çox insan, o cümlədən bir neçə yüksək rütbəli ravvin iştirak edib.